Avro-2020-nin 20 və Millətlər Liqasının 16 iştirakçısı bilindi - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Avro-2020-nin 20 və Millətlər Liqasının 16 iştirakçısı bilindi - ADLAR

Avro-2020-nin seçmə mərhələ vasitəsilə vəsiqə qazanan bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

20-ci iştirakçı Uels millisi olub.

Aaron Remzinin qolları ilə Macarıstana 2:0 hesabı ilə qalib gələn Uels millisi E qrupunun ikincisi kimi Avropa çempionatına vəsiqə qazanıb. Beləliklə, İngiltərə, Çexiya, Portuqaliya, Ukrayna, Hollandiya, Almaniya, İsveçrə, Danimarka, Xorvatiya, Uels, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya yığmalarının qitə çempionatında iştirakı dəqiqləşib.

Bu nəticələrdən sonra UEFA Millətlər Liqasının pley-offçularının adlarına da aydınlıq gəlib. Son dörd komandanın adını məhz bu turnirdən sonra biləcəyik.

Həmin komandalar bunlardır: İslandiya, Bolqarıstan, Macarıstan, İsrail, Rumıniya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Slovakiya, İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Gürcüstan, Belarus, Şimali Makedoniya, Kosovo.

Bu komandalar dörd divizion (A, B, C və D) üzrə yarımfinal görüşlərinə çıxacaqlar. Yarımfinal görüşləri martın 26-da keçiriləcək. Martın 31-də isə final görüşləri baş tutacaq. Məhz bu finallardan sonra dörd xoşbəxt komandanın adı bilinəcək.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunun üç oyunu və bir 1/4 final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 272 20.11.19 12:32