Bakıda ölüm hadisəsi baş verib.
Median.Az APA-ya istinadən məlumatına görə, Yasamal rayon sakini, 1960-cı il təvəllüdlü Əliyev Məzahir Mirzəağa oğlu qəbul etdiyi yüksək dozalı narkotikin təsirindən zəhərlənib. Onu Kliniki Tibbi Mərkəzə yerləşdirsələr də həyatını xilas etmək mümkün olmayıb. M.Əliyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.