Vilayət Eyvazov yeni rəisi şəxsi heyətə təqdim etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Vilayət Eyvazov yeni rəisi şəxsi heyətə təqdim etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb.

Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.

Daxili İşlər naziri V.Eyvazov baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilini, əməkdaşların peşəkarlığının, tapşırılan sahəyə cavabdehliynin artırılmasını, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsini tələb edib.

O, narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxslər barədə əməliyyat məlumatlarının əldə edilməsinin, onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici dövlətlərin müvafiq qurumları ilə informasiya və təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            794 19.11.19 17:54