Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |    

Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər - VİDEO

Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülik sovxozu" adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.

Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər.

Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 077 19.11.19 17:21