Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları avtobus yanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları avtobus yanıb

Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Acariya Televiziyası xəbər yayıb.

Şahidlərin verdikləri məlumata görə, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var.

Sərnişinlər vaxtında təxliyə olunublar.

Məlumata görə, avtobus Türkiyənin “Metro Georgia” şirkətinə məxsusdur.

Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 139 18.11.19 21:47