Kür çayında suyun səviyyəsi 8 santimetr artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Kür çayında suyun səviyyəsi 8 santimetr artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 20-30 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-90 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 59 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 63 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 133 santimetrə bərabərdir. Salyan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 59 santimetr olub. Bankədə suyun səviyyəsi 8 santimetr artaraq 147 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 35 santimetr olub. Surra məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 314 santimetrə bərabər olub.//azvision.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            947 16.11.19 19:11