Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Abbasova Sevinc Hüseyn qızını maşın vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.