Bir deputat “1,1 milyard manat azalacaq”, digəri isə “bundan söhbət gedə bilməz” deyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bir deputat “1,1 milyard manat azalacaq”, digəri isə “bundan söhbət gedə bilməz” deyir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deputat həmkarı Tahir Kərimlinin hərbi xərclərin azalacağı ilə bağlı fikrinə münasibət bildirib.

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, əgər hərbi xərclərdə azalma nəzərdə tutulursa, o da Tahir Kərimli kimi buna etiraz edərdi.

T.Kərimli Milli Məclisin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanda 2023-cü ilə qədər hərbi xərclərin 1,1 milyard manat azalmasının proqnozlaşdırıldığını deyib və buna etiraz edib.

Millət vəkili E.Məmmədov isə düşünür ki, hərbi xərclərin azaldılmasından söhbət gedə bilməz.

“Biz müharibə vəziyyətində olan dövlətik. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan ordusunun ən yüksək səviyyədə silahlanması, hərbi-fiziki, mənəvi hazırlığının ən yüksək səviyyədə olması üçün həmişə müvafiq tədbirlər görülür. Bu gün Azərbaycanın qarşısında çox məsul, şərəfli vəzifə durur: düşməni işğal edilmiş torpaqlarımızdan çıxarmaq və ərazi bütövlüyümüzü təmin etmək”,-deyə E.Məmmədov bildirib.

Deputat qeyd edib ki, T.Kərimlinin dedikləri onun öz fikirləridir.

“Ancaq bu, doqma deyil. Hər şey ölçülüb-biçilib. Azərbaycan ordusu bütün göstəricilərə görə, dünya miqyasında 50 ən güclü ordu siyahısındadır. Gələcəkdə bundan da yüksək sıralarda dayanacaq. Ordumuz ən müasir silahlarla silahlanır və silahlanmalıdır da”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            962 16.11.19 18:20