Futbol millimiz heç vaxt qalib gələ bilmədiyi rəqiblə Bakıda ilin son görüşünə çıxır » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |    

Futbol millimiz heç vaxt qalib gələ bilmədiyi rəqiblə Bakıda ilin son görüşünə çıxır

Bu gün Avro-2020-nin seçmə mərhələsində millimiz Bakıda son görüşünə çıxacaq.

Yığmamız daha əvvəl yeddi dəfə qarşılaşdığı və heç vaxt qalib gələ bilmədiyi (cəmi bir dəfə Bakıda 1:1-lik heç-heçəyə nail olmuşuq – S.M.) Uelsi qəbul edəcək.

Bu matç həm də yığmamız üçün 2019-cu ilin Bakıda son matçı olacaq. Komandamız yer aldığı E qrupunda bir xalla sonuncudur və dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə çıxmaq imkanından məhrumdur. Üstəlik, komandamızın qrupda sonuncu olacağı da dəqiqləşib.

Millimizin indiki rəqibini vaxtı ilə yığmamıza qarşı oynamış, hətta 2005-ci ilin oktyabrın 12-də dubl etmiş sabiq “Mançester Yunayted”in üzvü Rayan Qiqz çalışdırır. Uels səkkiz xalla qrupda dördüncü olsa da, hələ də Avro-2020 şanslarını saxlayır.

Böyük Britaniya təmsilçisi Bakıda heç-heçə etsə, digər görüşün – saat 23:45-də başlayacaq Xorvatiya – Slovakiya matçının nəticəsindən taleyi asılı olacaq. Uels Bakıda millimizə uduzsa, Avro-2020 xəyallarının üstündən xətt çəkəcək. Bu səbəbdən qalliyalılar Bakıya yalnız qələbə üçün gəlib.

8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq görüşün baş hakimi Almaniyanın məşhur türk hakimi Dəniz Aytəkindir. 41 yaşlı Aytəkin millimizin oyununda iş başında olmasa da, iki il əvvəl “Qarabağ”ın Madriddə “Atletiko” ilə Çempionlar Liqasındakı matçını idarə edib.

1:1 hesabı ilə başa çatan həmin görüşdə hər iki komandanın futbolçuları qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəl “Qarabağ”dan braziliyalı Pedro Enrike, daha sonra “Atletiko”dan monteneqrolu Stefan Saviç cəzalandırılıb. Həmçinin, Ağdam komandasının mərkəz müdafiəçiləri – Rəşad Sadıqovla polşalı Yakub Jezniçak sarı vərəqə alıb.

Dəniz Aytəkin artıq bir dəfə Uelsin oyununu idarə edib. Bu, ötən il Millətlər Liqası çərçivəsində keçirilən Danimarka – Uels matçında olub. Həmin görüşdə Danimarka 2:0 qalib gəlib.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 898 16.11.19 14:20