Futbol millimiz heç vaxt qalib gələ bilmədiyi rəqiblə Bakıda ilin son görüşünə çıxır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Futbol millimiz heç vaxt qalib gələ bilmədiyi rəqiblə Bakıda ilin son görüşünə çıxır

Bu gün Avro-2020-nin seçmə mərhələsində millimiz Bakıda son görüşünə çıxacaq.

Yığmamız daha əvvəl yeddi dəfə qarşılaşdığı və heç vaxt qalib gələ bilmədiyi (cəmi bir dəfə Bakıda 1:1-lik heç-heçəyə nail olmuşuq – S.M.) Uelsi qəbul edəcək.

Bu matç həm də yığmamız üçün 2019-cu ilin Bakıda son matçı olacaq. Komandamız yer aldığı E qrupunda bir xalla sonuncudur və dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə çıxmaq imkanından məhrumdur. Üstəlik, komandamızın qrupda sonuncu olacağı da dəqiqləşib.

Millimizin indiki rəqibini vaxtı ilə yığmamıza qarşı oynamış, hətta 2005-ci ilin oktyabrın 12-də dubl etmiş sabiq “Mançester Yunayted”in üzvü Rayan Qiqz çalışdırır. Uels səkkiz xalla qrupda dördüncü olsa da, hələ də Avro-2020 şanslarını saxlayır.

Böyük Britaniya təmsilçisi Bakıda heç-heçə etsə, digər görüşün – saat 23:45-də başlayacaq Xorvatiya – Slovakiya matçının nəticəsindən taleyi asılı olacaq. Uels Bakıda millimizə uduzsa, Avro-2020 xəyallarının üstündən xətt çəkəcək. Bu səbəbdən qalliyalılar Bakıya yalnız qələbə üçün gəlib.

8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq görüşün baş hakimi Almaniyanın məşhur türk hakimi Dəniz Aytəkindir. 41 yaşlı Aytəkin millimizin oyununda iş başında olmasa da, iki il əvvəl “Qarabağ”ın Madriddə “Atletiko” ilə Çempionlar Liqasındakı matçını idarə edib.

1:1 hesabı ilə başa çatan həmin görüşdə hər iki komandanın futbolçuları qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəl “Qarabağ”dan braziliyalı Pedro Enrike, daha sonra “Atletiko”dan monteneqrolu Stefan Saviç cəzalandırılıb. Həmçinin, Ağdam komandasının mərkəz müdafiəçiləri – Rəşad Sadıqovla polşalı Yakub Jezniçak sarı vərəqə alıb.

Dəniz Aytəkin artıq bir dəfə Uelsin oyununu idarə edib. Bu, ötən il Millətlər Liqası çərçivəsində keçirilən Danimarka – Uels matçında olub. Həmin görüşdə Danimarka 2:0 qalib gəlib.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 904 16.11.19 14:20