Aktyor “alov püskürdü”: Prodüserlər haqqımıza girməklə pul qazanırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |    

Aktyor “alov püskürdü”: Prodüserlər haqqımıza girməklə pul qazanırlar

Prodüserlər bizi istismar etməklə, haqqımıza girməklə pul qazanır.

Oxu.Az xəbər verir ki, bunu aktyor Fərhad Səmimi sosial şəbəkə hesabında qeyd edib.

“Belə biznes olmur! Gəl, çalış-vuruş, söhbət pula gələndə “kanal ödəmədi”, “dövlət pul ayırmadı” və ya “ayırıb, amma gecikir” kimi şeylər deyə-deyə hamam suyu ilə pul qazanırlar.

Pul qazanan adam sərmayə qoyub, götürür. Bunlar kimi yox. Onlar artıq prodüser yox, “makler” adlanır.

Problem çox böyükdür. Məncə, yığışıb aktyor, rejissor və ssenaristlərdən ibarət bir konfrans keçirməliyik - prodüserlər xaric. Çünkü onlar bizim xeyirimizə heçnə deməyəcək və etməyəcəklər”, - deyə aktyor bildirib.

F.Səmimi seriallarda heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşdiklərini də qeyd edib:

“Ssenaristlər də ona görə dəvət olunmalıdır ki, onlara da tutulan əsaslı iradlardan nəticə çıxartsınlar. Çünki şəxsən, mən bilmirəm rolumu oynayım, ya ssenaridə müəyyən dəyişikliklər olunmasını təklif edim.

Başa düşürəm ki, ssenarist bütün aktyorların dilindən yazmamamlıdır. Aktyor özü sözləri özününküləşdirib dilinə yatan tərzdə deməlidir. Amma bir də görürsən ki, problem tək sözlərdə olmur, davamlılıqda və yaxud da xarakterdə elə səhvlərə yol verilir ki...

Bu da dramaturji səhv sayılır. Heç bir əsası olmadan, xronometraj uzansın deyə, lazımsız və məntiqsiz səhnələrlə üzləşirik. Heç kim sinəsinə döyməsin. Sadəcə bu gün bir çox qruplaşmış qüvvələr var ki, deyirlər serial bazarında bizik, Bağdadda kor xəlifə. Dərd orasındadı ki, onların quluna çevirilmişlər çoxdur - bir tikə çörəyə şərəfindən və ləyaqətindən keçənlər!”.

Qeyd edək ki, İctimai Televiziyada (İTV) yayımlanan “Dağıntılar altında” serialında Şahmar obrazını yaradan aktyor maaş qalmqalına görə serialdan ayrılmışdı.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 530 15.11.19 23:57