Azərbaycan meyvə-tərəvəz ixracını artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 455.515 milyon ABŞ dolları dəyərində 467.292 min ton meyvə-tərəvəz ixrac edib.

Median.Az
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumata görə, bu göstəricilər 2018-ci ilin müvafiq dövrünə nisbətən 50,018 milyon dollar (12,3%) və 24,096 min ton (5,4%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 18,545 min ton meşə fındığı ixrac edib.

Bu növ məhsulun ixracından 101,221 min dollar gəlir əldə edilib.

Meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,6%-ni təşkil edib.

Eyni zamanda Azərbaycan alma ixracından 28,798 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracın həcmi 70,155 min ton olub. Bu ümumi ixracın 0,2% hissəsini təşkil edir.

Bundan başqa, bu il ərzində Azərbaycan 66,662 min ton xurma ixrac edib. Məhsulun ixracından 47,577 milyon dollar vəsait əldə edilib. Əldə edilən vəsait ölkənin ümumi ixracının 0,3%-ni təşkil edib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 15.11.19 19:09