Bakıda 6 avtomobil toqquşub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda 6 avtomobil toqquşub
Bakıda zəncirvari qəza baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan "Hyundai", "Chevrolet", "VAZ-2106" və digər avtomobillər də daxil olmaqla, 6 nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edilir ki, hadisəyə yolun sürüşkən olması səbəb olub.

Qəza ilə bağlı yolda tıxac yaranıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          473 14.11.19 22:54