"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi

"Mənim mühacir alveri ilə hər hansı bir işim yoxdur və həbs edilməmişəm".

Median.Az
xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında barəsində həbs xəbəri yayılan Elçin Əkbərov deyib.

"Həbs olunanlardan heç birini tanımıram. Hazırda işimin başında, ailəmin yanındayam. Yayılan bu xəbərlərdən sonra bütün yaxınlarım narahat olub. Məni necə həbs ediblər ki, xəbərim yoxdur. Mənim nə mühacirlərlə əlaqəm var, nə də başqa bir münasibətim", - deyə Elçin Əkbərov bildirib.

Elçin Əkbərov qardaşı Elnur Əkbərovun barəsində səsləndirdiyi iddialara da cavab verib. O, bütün iddiaları təkzib edib:

"Təəssüflər olsun ki, qardaşım öz nəfsinin qurbanıdır. Sizə verdiyi açıqlamada paxıllıq və nəfskarlığın müasir formasını canlandırmağa çalışıb. Bunu yeniyetmə insanlar belə oxusa, anlaya bilər. O necə iddiadır ki, mən TIR-la Azərbaycana maşın üçün ehtiyat hissələri gətirirəm. Deyək ki, bu mümkün oldu gətirdim. Gülməli deyilmi? Həmin TIR-lara da adamları doldurub gizli şəkildə geri aparıram? O, bunu hansı ağıla qulluq edərək deyir? Azərbaycan çox güclü sərhəd qoruma sisteminə malikdir. Sərhəd və gömrük orqanları belə yüksək cinayətə nə göz yumar, nə də yol verər. Qardaşımın mülk ilə bağlı mənə qarşı iddiasına isə məhkəmə orqanları doğru qərarı verərək onun əsassız iddialarını rədd edib və xeyrimə qərar verib.

Qeyd edək ki, Elnur Əkbərov açıqlamasında qardaşının müsavatçılarla birgə mühacir biznesi ilə məşğul olduğunu deyib. Bundan başqa Elnur Əkbərovun qardaşının ona 600 min manat pul "atdığını" bildirib.

Onu da əlavə edək ki, Elçin Əkbərov vaxtı ilə Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyib və Mədət Quliyevin əmri ilə işdən çıxarılıb. Onun Almaniyada həbs olunma xəbərini isə Berlində yaşayan siyasi fəal Həbib Müntəzir yayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            933 14.11.19 22:46