“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb

“Facebook” şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır. Bu haqda şirkətin rəsmi saytında informasiya yerləşdirilib.

Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Facebook Pay” adlandırılmış sistem “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da ödənişlər etməyə imkan verəcək.

Şirkətin rəsmiləri bildiriblər ki, istifadəçilər artıq mobil tətbiqlər vasitəsilə ödəmə əməliyyatları həyata keçirirlər, ancaq “Facebook Pay” xidməti bu tranzaksiyaları daha da asanlaşdıracaq. Məsələn, ödəmə informasiyasını hər dəfə yenidən daxil etməmək üçün onu yadda saxlamaq imkanı əlçatan olacaq.
Bu həftə “Facebook” və “Instagram” sosial şəbəkələrində istifadəyə veriləcək sözügedən sistem yalnız ABŞ sakinləri üçün əlçatan olacaq. Ancaq gələcəkdə digər ölkələrin istifadəçiləri də bu sistemdən yararlana biləcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 034 13.11.19 22:44