Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.