Gəncədə qadın ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacından yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.