Лондон
C

Narkotik satışı ilə məşğul olan Liman sakini tutulub

Median.Az xəbər verir ki, noyabrın 7-də Lüvəsər kəndi ərazisində naməlum şəxsin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Lənkəran ŞRPŞ-nə məlumat verilib.

Məlumat əsasında polis əməkdaşları deyilən yerə gəlib, torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb.

ŞRPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев