Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı

Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iclasında deyib.

O bildirib ki, bu, sığortanın ümumi prinsipidir.

Nazir qeyd edib ki, əgər vətəndaş ixtisara düşür və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.

“İşsiz qalan şəxsə altı aylıq işsizlikdən sığorta haqqı təyin olunur. Bu rəqəm üç ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür.

Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır”.

S.Babayev qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 033 13.11.19 17:37