Sabahın havası: yağış, duman, külək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Sabahın havası: yağış, duman, külək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 605 13.11.19 15:02