Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO

Bakıda yolu bağlayaraq, oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunub və saxlanılıb.

Bu barədə oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, noyabrın 12-də saat 22:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində iki nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub:

“Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu Rayon 13-cü Polis Bölməsinə gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 569 13.11.19 12:45