Bakı sakini itkin düşüb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə noyabrın 8-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsində baş verib.
Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Emin Əlizadə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.