Mingəçevirdə binanın girişində meyit tapılıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsində qeydə alınıb.
Həmin ünvandakı binalardan birinin girişin naməlum kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1954-cü il təvəllüdlü Həsənov Cümşüd Yusif oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.