Şamaxıda təhlükəli piyada zolağı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Şamaxıda təhlükəli piyada zolağı - FOTO

Şamaxı rayonunda sakinlər yeni çəkilən piyada zolağından istifadə edə bilmir.

Problem hazırda inşası davam etdirilən Bakı-Şamaxı-Yevlax yolundadır.

Müasir standartlara uğun inşa edilən yol iki zolaqdan dörd zolağa əvəzlənir, sürücülərin rahat hərəkətinin təmini üçün işlər görülür.

Yolun yaşayış məntəqələrinə yaxın hissəsində, piyadaların sıx hərəkət etdiyi yerlərdə çəkilən piyada zolağı istifadəyə yararsızdır. Yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən piyadanın qarşısına avtomobilərin gediş və dönüşünü tənzimləyən beton plitələr çıxır. Bu mənzərə ilə yolun bir neçə hissəsində rastlaşmaq mümkündür.

Rayonun Sabir qəsəbəsində yerləşən piyada zolağında da vəziyyət eynidir. Hər gün bu yoldan istifadə edən sakinlər yolu keçməkdə çətinlik çəkir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolda tikinti işləri tam yekunlaşdırılmayıb:

“Buna görə bəzi çatışmazlıqların olması qaçılmazdır. Amma bu, müvəqqətidir. Çünki tikintinin yekunlaşdırılması ilə bu problemlər də tam aradan qaldırılacaq”.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli oxu.az-a bildirib ki, həmin nöqtələrə yaxın günlərdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol nişanları qoyulacaq və beton maneələrin arasından vətəndaşların magistral yolu keçməsi üçün şərait yaradılacaq.

Nişanlanma işləri tam başa çatmadığı üçün piyadaların təhlükəsizliyi baxımından bu, hələlik mümkün deyil. Bundan başqa, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən hissəsində bəzi piyada zolaqlarının yerində yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulur.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 399 12.11.19 16:10