Moldovalı Paralimpiya çempionu Bakıda » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Moldovalı Paralimpiya çempionu Bakıda

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari Bakıya gəlib.

Hər iki şəxs Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Təqdimatda Oleq Kretsulun da çıxışı olacaq. Kişinyovda doğulmuş 44 yaşlı rus əsilli idmançı 10 yaşında ikən cüdo ilə məşğul olmağa başlayıb.

Gəncliyində beynəlxalq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olub. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanıb, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirib. 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı və qardaşı vəfat edib, özü isə aldığı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirib. Bir müddət sonra yenidən cüdoya qayıdıb, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra Oleq Kretsul 2004-cü il Paralimpiya Oyunlarında gümüş medal, 2008 Pekin Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, dördqat dünya və üçqat Avropa çempionudur, Əməkdar idman ustasıdır.

73 yaşlı Saynsbari isə beynəlxalq əlil arabasında Basketbol Federasiyasinin vitse-prezidenti olub. Böyük Britaniya yığmasının Paralimpiya Oyunlarında beş dəfə missiya rəhbəri olub.

2009-cu ildə yeddi görkəmli şəxsdən biri kimi Paralimpiya Orderinin mükafatçısı olub. “Bakı 2015” I Avropa Oyunları Komissiyasının üzvü kimi Atletlər kəndinin qurulmasında fəal iştirak edib. Hazırda Niderland Krallığında “İdman infrastrukturu və idmanın texniki planlaşdırılması” təşkilatının direktoru vəzifəsində işləyir.

Entoni Saynsbari Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə” fəxri diplomla təltif edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 473 12.11.19 13:53