Slovakiya millisinin Azərbaycanla oyununun heyətində dəyişiklik » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Slovakiya millisinin Azərbaycanla oyununun heyətində dəyişiklik

Slovakiya millisinin heyətində dəyişiklik olub.

Noyabrın 16-da Riyekada Xorvatiya, 19-da Trnavada Azərbaycana qarşı AVRO-2020-nin seçmə oyunlarında bir dəyişiklik edilib.

Baş məşqçi Pavel Hapal sol ayaq biləyindən zədə almış macarəsilli, Almaniyanın “Borusiya” (Mönxenqladbax) klubunda çıxış edən Laslo Beneşi həkimlərlə məsləhətləşdikdən sonra heyətdən çıxarıb. Onun yerinə İtaliyanın “Breşia” klubundan Nikolas Şpalek yığmaya çağırılıb. 22 yaşlı Şpalek debütantdır.

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreif (“Slovan”);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Denis Vavro (“Latsio”, İtaliya), Milan Şkriniar (“İnter”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Dyömber (“Perucia”, İtaliya), David Hantsko (“Sparta”, Çexiya);

Yarımmüdafiəçilər: Stanislav Lobotka (“Selta”, İspaniya), Patrik Hroşovski (“Qenk”, Belçika), Yan Qrequş (“Minesota Yunayted”, ABŞ), Yuray Kutska (“Parma”, İtaliya), Ondrey Duda (“Herta”, Almaniya), Matuş Bero (“Vites”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Albert Rusnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexia”, Polşa), Nikolas Şpalek (“Breşia”, İtaliya);

Hücumçular: Mixal Curiş (“Anortosis”, Kipr), Samuel Mraz (“Bröndbü”, Danimarka), Robert Bojenik (“Jilina”).
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 315 12.11.19 12:52