Bakı-2019-un finalında Azərbaycan güləşçisi ilə qarşılaşan rusiyalıda dopinq aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |    

Bakı-2019-un finalında Azərbaycan güləşçisi ilə qarşılaşan rusiyalıda dopinq aşkarlanıb

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanan idmançılardan birində dopinq tapılıb.

APA-nın məlumatına görə, sərbəst güləş üzrə Rusiya yığmasının üzvü Rüstəm Dolayevin orqanizmində istifadəsi qadağan olunmuş meldoni preparatı aşkarlanıb.

51 kq çəki dərəcəsində gümüş medal qazanan güləşçi mükafatdan məhrum edilib. Finalda Azərbaycan güləşçisi Kənan Heybətova uduzan rusiyalıdan alınan gümüş medal moldovalı Konstantin Çirilova verilib. Sonuncunun bürünc mükafatı isə gürcüstanlı Otaru Mamulaşviliyə nəsib olub.

Qeyd edək ki, Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 282 11.11.19 23:47