Bu şəhərdə WiFi yasaqdır - Yadplanetlilərə görə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bu şəhərdə WiFi yasaqdır - Yadplanetlilərə görə

Qərbi Virciniyadakı Qrin-Benk şəhəri kosmik tədqiqatların intensiv aparıldığı yerdir. 1958-ci ildə Qrin-Benk Rəsədxanası açıldıqdan sonra bura ABŞ-ın ilk milli astronomik mərkəzi sayılır.

Median.Az
Sputnik Azərbaycan-a istinadən bildirir ki, burada yerləşən teleskoplar, o cümlədən dünyada ən böyük sayılan Robert S.Birdin teleskopu (Robert C. Byrd Green Bank Telescope və ya GBT) qara dəlikləri, qravitasiya dalğalarını, pulsarları və s. müşahidə etməyə imkan verir. Bundan başqa, yerli tədqiqatçılar ötən ay ilk dəfə teleskoplar vasitəsilə ən böyük neytron ulduzu aşkar ediblər.

Qrin-Benk eyni zamanda yadplanetli məxluqların axtarışı və tədqiqatının (SETİ) başlandığı yer hesab olunur. 1960-cı ildə Frenk Dreyk burada ilk dəfə "Ozma" layihəsini işə saldı. Bu, yadplanetli intellektin mümkün dinlənilməsi və göndərilən siqnalların qeydə alınması üçün dövlət tərəfindən maliyyələşdirilən ilk cəhd idi. Üstəlik, bu şəhər bizim aləmdən fərqli dünyaların mövcudluğunun mümkünlüyünü ehtiva edən məşhur düsturun "müəllifidir".

SETİ proqramı üzrə işlər Qrin-Benkdə davam edir və son üç il ərzində 1 milyon giqabayt həcmində əlaqəli məlumatlar açıqlanıb.

Ancaq bu sahədə daimi irəliləyişin əldə edilməsi bir nüansa bağlıdır.

Bu ərazidə yaşayan 8500 insan radiotezliklərə müdaxilə əleyhinə (RFI) zəruri qanunvericiliyə tabedir. Yəni buradakı evlərdə və ya onların ətrafında radiotezliklərə maneə yarada biləcək istənilən qurğulara qadağa qoyulub, çünki eskpertlərin fikrincə, bu qurğular tədqiqatları korlaya bilər.


Burada keçərli olan qanunlardan biri - radioastronomik zonalaşdırma haqda Virciniya qanunu - hələ 1956-cı ildə yaradılıb. Həmin sənəd "istənilən radioastronomik obyektdən iki mil radiusda istənilən elektrik cihazını işə salmağı və ondan istifadə etməyi qadağan" edir.

"Yadplanetli sivilizasiyaları aşkar etmək üçün GBT çox, həddən artıq həssas olmalıdır", - deyə "Populyar mexanika"nın əməkdaşı Mett Blits yazır. Astronomik hadisələrin tezliyi ilə adi WiFi modemləri kimi radiotezlik qurğularını müqayisə edən Blits deyir ki, onların səviyyəsi bərabərdir - yəni 2.4 GHz.

Rəsədxanada hətta "qaynar" radiotezlik nöqtələrinin müəyyən edilməsinə cavabdeh olan xüsusi heyət var. Onların işinin bir hissəsi ərazini dolaşaraq qeyri-qanuni radiodalğaları aşkarlamaqdır. Ancaq texnik Çak Nidey bildirir ki, indiki zəmanədə belə dalğaları buraxan qurğular həddən artıq çoxdur: "Bizdə tonlarla WiFi var. Amma rəsədxana işçilərinin sakinləri WiFi nöqtələrindən məhrum etməyə ixtiyarı yoxdur".

"GBT - dünyanın ən həssas teleskopudur, - deyə rəsədxananın saytının rəhbəri Karen O`Nil bildirib. - Biz ondan ulduzların, planetlərin, ümumiyyətlə həyatın yaranması kimi fundamental məsələlərin araşdırılmasında istifadə edirik. Əgər biz nə vaxtsa GBT-ni itirsək, o zaman Kainatda "qazıntı" aparmaq imkanından məhrum olacağıq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 061 11.11.19 21:57