Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Quba sakini 1993-cü il təvəllüdlü Verdiyeva Səbinə Vüqar qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının 3 tərəfdən açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.