Şəhriyar Məmmədyarov Rumıniyada 7500 dollar qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Şəhriyar Məmmədyarov Rumıniyada 7500 dollar qazandı

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyası çərçivəsində keçirilən Superbet rapid və blits turniri başa çatıb.

Son iki gün ərzində keçirilən blits yarışmasında Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov zəif çıxışı ilə yadda qalıb.

Şahmatçımız 18 turluq blits yarışmasında doqquz görüşdə heç-heçə edib, yeddi görüşdə məğlub olub. O, blitsdəki iki qələbəsini isə ABŞ şahmatçısı Fabiano Karuana üzərində qazanıb. İlk gündə 3,5 xal qazanmaqla beşinci sırada qərarlaşmış şahmatçımız son gündə 3 xal toplayıb (rapiddə qələbəyə görə iki, heç-heçəyə görə bir xal verilirsə, blitsdə qələbəyə görə bir, heç-heçəyə görə 0,5 xal verilir – S.M.).

6-8 noyabrda keçirilən rapiddəki görüşdəki nəticələri də sayılmaqla (orda 10 xal toplamışdı) Şəhriyarın toplam xal nisbəti 2,5 olub. O, bu nəticəylə 10 şahmatçı arasında ABŞ təmsilçisi Uesli So ilə birlikdə səkkizinci yeri tutub.

150 min dollarlıq mükafat fondu olan yarışın qaydalarına görə, son üç şahmatçıya 7500 dollar verilir. Beləliklə, Şəhriyar Məmmədyarov bu yarışda hesabına 7500 dollar qazandırıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 396 11.11.19 11:49