Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Deputatları DYP əməkdaşları ilə görüşdü

09.11.2019 22:48 3 588
Deputatları DYP əməkdaşları ilə görüşdü
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən APA -ya verilən məlumata görə, Tədbirdə Milli Məclisin deputatları tarixçi alim Fəzail İbrahimli, parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasının üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə, idarənin rəisi, polis polkovniki Nuşirəvan Səfərov və şəxsi heyət iştirak edib. Tədbiri giriş sözü ilə açan idarənin rəisi bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Sonra çıxış edən Çingiz Qənizadə Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti, habelə onun inkişaf tarixi barədə ətraflı məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsinin müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğunu söyləyib. Çingiz Qənizadə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Konstitusiyada təsbit olunmuş insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda son illərdə köklü islahatların aparıldığını, ötən dövr ərzində ölkəmizdə aparılan Konstitusiya islahatlarının da məhz insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət etdiyini vurğulayıb. Deputat çıxışında Konstitusiyanın zamanın tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər edilməklə təkmilləşdirildiyi, 24 avqust 2002-ci ildə birinci, 18 mart 2009-cu ildə ikinci və 26 sentyabr 2016-cı ildə üçüncü dəfə referendum yolu ilə ona bir sıra əlavələr edildiyi diqqətə çatdırıb.

Daha sonra çıxış edən deputat Fəzail İbrahimli şanlı Azərbaycan bayrağının keçdiyi tarixi yol barədə polisləri məlumatlandırıb. O, çıxış edərək bildirib ki, özünü 1918-1920-ci illərdə var olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi hesab edən müasir müstəqil Azərbaycan Respublikası o zaman xalqımızın yaratdığı üçrəngli bayrağa yenidən sahib çıxaraq onu ucaldıb və dövlət bayrağı kimi qəbul edib. Deputat qeyd edib ki, bu bayraq ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə o, Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Fəzail İbrahimli sonda bildirib ki, Azərbaycan xalqının milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bu ölkənin hər bir vətəndaşının qürur və and yeridir.

Tədbirin sonunda bir daha çıxış edən idarənin rəisi Nuşirəvan Səfərov həm Konstitusiyamız, həm də bayrağımız haqqında geniş, eləcə də dolğun məlumat verdiklərinə görə hər iki millət vəkilinə şəxsi heyət adından təşəkkürünü bildirib.

Son xəbərlər