“İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda


“İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq”
İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd Xuzistanda vurulan PUA ilə bağlı açıqlama verib.
Median.Az
TRT-yə istinadən xəbər verir ki, Səbahifərd pilotsuz uçan aparatın (PUA) İranın hava məkanına daxil olan kimi zenit-raket kompleksi tərəfindən vurulduğunu söyləyib.

O qeyd edib ki, İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışır, lakin buna imkan verilməyəcək:
“Mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar”.

Xatırladaq ki, noyabrın 8-də İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını açıqlayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          432 09.11.19 21:53