Dünya çempionu federasiyaya etiraz edərək üzvlüyünü dayandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Dünya çempionu federasiyaya etiraz edərək üzvlüyünü dayandırdı

Norveçli şahmat üzrə dünya çempionu Maqnus Karlsen öz ölkəsinin federasiyasında üzvlüyünü ləğv edib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu, Norveç Şahmat Federasiyasının bu idmana dair strategiya və sponsorluqla bağlı problemləri ilə bağlıdır.

Bu barədə onun atası Henrik Karlsen bildirib.

O, federasiyaya məktubunda bunları qeyd edib: “Ötən yay artıq bildirdiyimiz kimi, Maqnus Norveç Şahmat Federasiyasından çəkilir. Bununla belə, o, FIDE-nin yarışlarında Norveçi təmsil etmək imkanından yenə yararlanacaq”.

Belə ki, bu ilin əvvəlində İsveçin “Kindred” oyun qrupu ilə bağlanılacaq 5 milyon avroluq sponsor müqaviləsinə federasiya razılıq verməyib. Məhz bu üzdən Karlsen Norveç mətbuatında daim federasiyanı tənqid edib, qurumu yerli istedadları tapıb üzə çıxarmamaqda və onları inkişaf etdirməməkdə günahlandırıb.

Bundan sonra Maqnus Karlsen öz klubunu yaradıb. O, bu klubla Avropada ən yaxşı olmağa və istedadlı şahmatçıları üzə çıxarmağı hədəfləyib.

Hətta o, bu məsələlər barədə Norveçin digər klub üzvləri ilə də ötən bazar günü görüşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 092 09.11.19 21:40