Ağstafada baş verən qəzada bir nəfər xəsarət alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ağstafada baş verən qəzada bir nəfər xəsarət alıb
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində Ələkbərov Elman müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          483 09.11.19 20:46