Qarsda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Qarsda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub

Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşəbbüsü və Türkiyənin Ərzurum və Qars vilayətlərində təhsil alan tələbələrimizin təşkilatçılığı ilə Qarsda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə təntənəli mərasim təşkil olunub.

Median.Az
-ın APA-ya istinadən xəbərinə görə, mərasimdə Ərzurum Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr, Qars Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbə heyəti, yerli ictimaiyyətin tanınmış nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər. Öncə Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəf olduğunu vurğulayıb. Baş konsul qeyd edib ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Mərasim çərçivəsində Qars vilayətinin müxtəlif guşələrində tələbələr tərəfindən Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 050 09.11.19 20:40