Sumqayıtda minik avtomobili qəzaya uğrayıb, ölən və yaralananlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Sumqayıtda minik avtomobili qəzaya uğrayıb, ölən və yaralananlar var
Bakı-Quba yolunun 47-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, qəza Sumqayıt şəhərinin "Yaşma bağları" yaşayış massivi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Opel Zafira" markalı minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Dilbiləyev Məhəmməd Ənvər oğlu ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Avtomobildə olan 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          634 09.11.19 18:57