TAP qaz kəmərinin tikintisi yekunlaşmaq üzrədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |    

TAP qaz kəmərinin tikintisi yekunlaşmaq üzrədir

Noyabr 9-dan etibarən Trans Adriatik Boru Xətti (TAP) layihəsi çərçivəsində mikrotunnelin çıxış nöqtəsində işlər San Basilio çimərliyində dənizin sahilində başlayacaq.

“Report” “TAP”a istinadən xəbər verir ki, xüsusilə yaxın günlərdə çıxış nöqtəsindəki geostatik yükün sabitləşdirməsı istiqamətində aparılan müvəqqəti işlər yekunlaçacaq, bu da sahildən təqribən 1 km uzaqlaşması deməkdir.

Məlumatda bildirilir ki, xüsusi qaldırıcı qurğusu ilə təchiz olunmuş gəmi müəyyən bərpa işlərini aparacaq. İşin bu mərhələsinin sonunda keçən yazdan həyata keçirilən "göstebek"in bərpası davam etdiriləcək.

Xəbərdə qeyd olunur ki, tikinti işləri ilə paralel olaraq ətraf mühitin monitorinqi də intensiv şəkildə aparılacaq: "Dəniz bioloqlarından ibarət bir qrup, 24 saat ərzində suyun bulanıqlıq səviyyəsinin monitorinqini, başqa bir gəmi isə gün ərzində məməlilərin müşahidəsini aparacaq".

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq. “BP”, İtaliyanın “SNAM” və Azərbaycanın “SOCAR” şirkətləri hər biri 20% hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 262 09.11.19 18:50