Rəqqasə Aygünün yaşlı qadının önündə oriental rəqsi izləyiciləri hiddətləndirdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Rəqqasə Aygünün yaşlı qadının önündə oriental rəqsi izləyiciləri hiddətləndirdi - VİDEO
Rəqqasə Aygünün şəxsi “Instagram” hesabında paylaşdığı video qalmaqala səbəb olub.

El məclislərinin birində lentə alınan görüntülər müzakirə predmetinə çevrilib.

Rəqqasə açıq-saçıq libasda ağbirçək xanımın önündə oriental rəqs edib.

Daha sonra Aygün yaşlı qadını ayağa qaldırıb və oturacağın üstünə çıxaraq rəqsini davam etdirib. Yaşlı qadının bu rəqsdən məmnun olduğu gözdən qaçmayıb.

“Nənə, ay nənə, Allah sənə ömür versin. Bu yaşınızda belə içinizdə həyat sevgisi var. Nə qədər gözəl insan olduğunuzu göstərdiniz. Çox gözəl xına keçdi. Nənə xüsusi rəng qatdı. Sevirəm də belə şirin-şəkər nənələri”, - rəqqasə paylaşıma rəy yazıb.

Həmin görüntülər sosial media əhlini qəzəbləndirib. Onlar Aygünün həm rəqsini, həm də hərəkətlərini biabırçı adlandırıblar.

İzləyicilərin əksəriyyəti rəqqasənin açıq-saçıq geyimdə rəqs etməsini qeyri-etik və ağbirçək xanıma qarşı hörmətsizlik kimi qələmə veriblər.
/oxu.az/
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          4 809 09.11.19 16:04