Rusiya XİN-dən Azərbaycanın notası ilə bağlı - BƏYANAT » Median.Az - Bütün xəbərlər bir ünvanda


Rusiya XİN-dən Azərbaycanın notası ilə bağlı - BƏYANAT
Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycanın Ermənistan tərəfindən işgal olunan Dağlıq Qarabağ ərazisində yaradılan qondarma qurum “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfərinə etiraz notası ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu şəxslərin səfəri şəxsi xarakter daşıyıb.

Bu hadisənin Rusiya qanunvericiliyinə, beynəlxalq müqavilələrə və Rusiyanın Dağlıq Qarabağla bağlı məsələnin tənzimlənməsində vasitəçilik missiyasına zidd olmadığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində öz dəstəyini əsirgəməyəcəyini bildirib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          739 09.11.19 15:57