Ermənistanda dövlət cinsi azlıqlarla bağlı filmi maliyyələşdirdi - Nazirin istefası tələb edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |    

Ermənistanda dövlət cinsi azlıqlarla bağlı filmi maliyyələşdirdi - Nazirin istefası tələb edilir

Erməni politoloq Hrant Məlik-Şahnazaryan cinsini dəyişən adam barədə çəkilmiş “Mel” filminin maliyyələşdirməsinə görə Elm, Təhsil, Mədəniyyət və İdman naziri Araik Harutyunyan istefa verməsini tələb edib.

M.Şahnazaryan bildirib ki, bu filmin çəkilməsinə etiraz edən və nazir Araik Harutyunyanın “geridə qalmış və pis niyyətli” adlandırdığı gənclərin hökumətə konkret sualları var:

“Onlar başa düşmək istəyirlər ki, Ermənistan dövləti cinsini dəyişən bir adam haqqında film çəkmək üçün niyə pul ayırır? Niyə Ermənistan dövləti bəzi ixtisaslar üzrə erməni dili və tarixi fənlərini universitet kurikulumundan xaric etmək istəyir?

Ermənistan Respublikası hökumətinin vətəndaşlara və gənc nəslə hansı mesajları göndərdiyini başa düşmək istəyirlər. Onların bunu bilmək haqqı var”.

Politoloq qeyd edib ki, artıq tələbələr bu mövzuda Baş nazir Nikol Paşinyanla da müzakirəyə razı deyillər:

“Tələbələr Baş nazirlə birbaşa ünsiyyətdən məyus olublar. Buna görə də açıq şəkildə bildirirlər ki, Paşinyanla müzakirə edəcəkləri bir şey yoxdur. Yalnız bir tələb var – nazir Harutyunyanın istefası və bu sahədə hökumətin siyasətinə yenidən baxılması”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 940 09.11.19 15:49