Bakıda bir neçə nəfər 16 yaşlı yeniyetməni döyüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda bir neçə nəfər 16 yaşlı yeniyetməni döyüb
Nərimanov rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

Hadisə Nərimanov parkında qeydə alınıb. Belə ki, 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə zəmnində döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər ona söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          771 09.11.19 13:33