Mingəçevir sakini hündürlükdən yıxılaraq xəsarət alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Mingəçevir sakini hündürlükdən yıxılaraq xəsarət alıb
Mingəçevir sakini yük maşınının üstündən yıxılaraq ağır xəsarət alıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, hadisə Bağlar yaşayış massivi ərazisində baş verib.

1957-ci il təvəllüdlü şəhər sakini Məhərrəmov Əsədulla Fətulla oğlu ”KamAZ” markalı maşının yük yerinin üstündən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun baş və bədən nahiyəsində çox sayda ağır xəsarətlər və beyin silkələnməsi faktı aşkarlanıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, hadisə Ə.Məhərrəmovun “KamAZ”-ın yük yerinə örtük çəkdiyi zaman baş verib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          484 08.11.19 23:45