Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir -SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir -SƏBƏB

Bir müddət öncə Bakının Nəsimi rayonunda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb. Sentyabrın sonlarında Bilgəhdə yaşlı ruhi xəstə qohumunu öldürdükdən sonra evinin yaxınlığında olan transformatora daxil olaraq intihar edib. Belə hadisələrə görə kimsə məsuliyyət daşıyırmı? Ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Keçmiş inspektor-təhqiqatçı, polis baş leytnantı Amil Nəbiyev lent.az -a açıqlamasında ruhi xəstələrin heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:

"Ruhi xəstələr hər hansı cinayət tərkibli əməl törətdikdə həbs oluna bilməzlər. Xəstəxanaya yerləşdirilməlidirlər. Təkrar olaraq hansısa cinayət xarakterli əməl törətsə, anlaqsız hesab olunaraq yenə tutulub xəstəxanaya təhvil verilir”.

"Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov da ruhi xəstənin cinayət məsuliyyətinə cəlb olunmadığını, vurduğu ziyanın qəyyum tərəfindən ödənilməli olduğunu bildirib:

"Ruhi xəstələr cinayət məsuliyyətinə yalnız o vaxt cəlb olunmur ki, onun fəaliyyət qabiliyyəti olmaması məhkəmədətəsdiq olunsun. Ancaq şəxsin fəaliyyət qabiliyyətli olmaması məhkəmədə təsdiq olunduqdan sonra məcburi şəkildə qəyyumluğun himayəsinə verilir. Buna görə də onun cinayət törədərkən vurduğu zərərə görə qəyyumu məsuliyyət daşıyır. Cinayət qanunvericiliyində göstərilir ki, ruhi xəstənin vurduğu ziyanı onun qəyyumu ödəməlidir. Ancaq ruhi xəstə kimisə öldürsə, qəyyum məsuliyyət daşımır. Çünki cinayəti törədən şəxs anlaqsızdır və onun əməli məhkəmədə təsdiqləndikdən sonra xəstəxanaya müalicəyə göndərilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            996 08.11.19 22:20