Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

“Altın Kelebek”in namizədi Oksana Rəsulova: Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil

08.11.2019 21:53 4 683
“Altın Kelebek”in namizədi Oksana Rəsulova: Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil
Gələn həftənin şənbə günü (16 noyabr) “Altın Kelebek” mükafatlandırma gecəsi ilə bağlı Bakıda təşkil olunacaq mərasimə sayılı günlər qalır.

Ötən illərdən fərqli olaraq, bu il ulduzlarımız (Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova) yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaq. Bizim məşhurlar arasında səsvermə hələ də davam edir.



Dekabırın 8-də İstanbulun Zorlu PSM-də keçiriləcək “Altın Kelebek”də həm Türkiyədən həm də Azərbaycandan olan namizədlərə maraq həddən artıq yüksəkdir. Türkiyənin “Oskar”ını yerli məşhurlarımızdan kimin qazanacağı sosial media əhli tərəfindən geniş müzakirə olunur.

Oxu.Az-ın əməkdaşı azərbaycanlı namizəd hind rəqslərinin mahir ifaçısı, rəqqasə və aktrisa Oksana Rəsulova ilə əlaqə yaradıb. Məşhur Azərbaycanla bağlı bir nominasiyanın olmasından narahatlıq keçirdiyini və bunda məntiq olmadığını dilə gətirdi :

“Artıq üçüncü ildir ki, Azərbaycan Türkiyənin keçirdiyi bu cür mötəbər “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak edir. Azərbaycanın hər bir ulduzu istəyər ki, “Altın Kelebek” kimi prestijli gecədə həm çıxış etsin, həm də qalib gəlsin. Xalq artistləri Röya Ayxan və Aygün Kazımova artıq bu mükafata sahibləniblər. Mən də istəyərəm ki, namizədlər arasında qalib gəlib, “Altın Kelebek” mükafatına layiq görülüm. Şanslarım az deyil. Amma etiraf etmək lazımdır ki, Röyanın şansları bizim digər ulduzlarımız arasında daha çoxdur. O, həm mahnıları, həm klipləri, həm də konsertləri ilə Türkiyədə yetərincə tanınır. Sadəcə bir məqama çox üzülürəm ki, Azərbaycan üçün nominasiya yalnız bir dənədir. O da ki, “Azərbaycanın ən parlaq ulduzu”. Çünki müğənnilər arasında aktrisalar yəni mən və Pərvin Abıyeva var. Müğənnilər üçün ayrı, aktrisalar üçün ayrı nominasiyalar olsaydı, daha məqsədəuyğun olardı. Belə olduğu təqdirdə məntiq görmürəm və məni bu hadisə narahat edir.

“Altın Kelebek”i qazanmağı mən şansa bağlayıram. Çünki sənə izləyicilər səs göndərə də bilər, göndərməyədə. Burada hər şey səsvermədən asılıdır”.

Müğənni Elçin Cəfərovun “xanım sənətçilərə təyyarə biletləri alınıb, bəylərə isə yox” açıqlaması təşkilati işlərə kölgə salıb.

“Sizin İstanbula təyyarə biletiniz, orada qalacağınız hotel nömrəsi rezervasiya olunub?” sualına Oksananın reaksiyası birmənalı olmadı.

“Mən heç bu barədə düşünməmişəm belə. Əslində bizim hər birimiz üçün həm təyyarə bileti alınmalı, həm də hotellərin birində qalmağımız üçün rezervasiya işləri görülməlidir. Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil. Bu artıq ayrıseçkilikdir. Birinci dəfədir belə bir şey eşidirəm. Düzünü desəm, anlamadım. Təşkilatçılardan bunu dəqiqləşdirmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan “Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə mükafatı Xalq artisti Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.

Qeyd edək ki, noyabrın 16-da “Altın kelebek”in siması məşhur aktrisa Ebru Şahin paytaxt Bakının qonağı olacaq. Təşkil olunacaq möhtəşəm gecədə ulduz namizədlərin adı açıqlanacaq. Ötən ildən fərqli olaraq, namizədlərin iştirakı ilə konsert proqramı keçirilməyəcək.

Son xəbərlər