Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Zabrat qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Bəşirov İlqar Əlisa oğlu yolu keçmək istəyərkən 173 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu onu vuraraq xəsarət yetirib. Yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.