Rusiya XİN Azərbaycanın notasına cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rusiya XİN Azərbaycanın notasına cavab verib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi haqda Azərbaycanın etiraz notası ilə bağlı bəyanat yayıb.

Median.Az
-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda bildirilib ki, adı çəkilən şəxslərin səfərləri həyata keçirilsə belə, istisnasız olaraq şəxsi xarakter daşıyıb.

“Bu mənada bu səfər Rusiya qanunvericiliyinə, mövcud beynəlxalq razılaşmalara, nə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib. O ki, qaldı Mailyan və Ovannisyanın rusiyalı ekspertlərlə “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi”ndə hansısa təmaslarına, bir daha qeyd edirik ki, belə "nümayəndəlik” Rusiya federasiyasının dövlət orqanlarında suveren dövlətin diplomatik missiyası qismində qeydiyyatdan keçməyib. Ona görə ki, ölkəmiz “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə bəyanata qeyd olunub.

Bəyanatda Rusiya tərəfinə olan etirazların əsasının olmadığı, ümumi tonun isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun olmadığı vurğulanıb.

Qeyd olunub ki, “Öz tərəfimizdən bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla münasibətlərimiz nəzərə alınmaqla milli baxımdan yardım edəcəyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 116 08.11.19 21:09