DSX sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

DSX sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib

Dövlət Sərhəd Xidməti (DSX) Fərid Əzizli ilə bağlı sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib.

DSX-nin Mətbuat Mərkəzindən daxil olan məlumata bildirilib ki, son günlərdə bəzi sosial mediada və “youtube” kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılıb:

"Bununla əlaqədar olaraq bildiririk ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılmış, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilmişdir. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmamış, özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilmişdir".

Məlumatda həmçinin qeyd olunub ki, F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub, DSX-nin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilib, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib: "Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunan və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant Fərid Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir. Həmin videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılan materiallara müvafiq hüquqi qiymətin verilməsi üçün rəs¬mi qaydada Azərbaycan Respublikasının Hərbi prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb".//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 151 08.11.19 20:28