Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Axundzadə Arzu Nurəddin oğlu, 2014-cü il təvəllüdlü Axundzadə Hüseyn Cavid oğlu və onun bacısı, 2012-ci il təvəllüdlü Axundzadə Fatimə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.