Salyanda avtomobil aşdı, 1 nəfər öldü, 2 nəfər yaralandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Salyanda avtomobil aşdı, 1 nəfər öldü, 2 nəfər yaralandı
Salyanda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Musayev Vüqar Özüxan oğlu idarə etdiyi “Jiquli” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində sürücünün qohumu, Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Musayev Rəşid Musa oğlu hadisə yerində keçinib. Müxtəlif dərəcəli xəsarətlər alan sürücüsünün özü və digər qohumu 1957-ci il təvəllüdlü Musayev Vəlixan Rəşid oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          614 08.11.19 19:52