Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var
Bakıda yol qəzası baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə Pirallahı yolunda qeydə alınıb.

Qəza nəticəsində Pirallahı rayon sakinləri - 1930-cu il təvəllüdlü Sədi Adıgözəlov Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Məryəm Nəsibova Sədi qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          478 08.11.19 19:07